Ölkədə 9 ay ərzində 7,5 mlrd. kubmetr qaz istehlak edilib

19-11-2018, 11:00
Oxunub: 35
Onun 78,1%-i hasilatın, 12,9%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 9%-i isə idxalın hesabına formalaşıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 17,7 mlrd. kubmetr təşkil edib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 78,1%-i hasilatın, 12,9%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 9%-i isə idxalın hesabına formalaşıb.

Belə ki, hesabat dövründə qaz hasilatının həcmi 13,824 mlrd. kubmetr, ilin əvvəlinə formalaşmış ehtiyatın həcmi 2,283 mlrd. kubmetr, idxalın həcmi isə 1,593 mlrd. kubmetr olub.

Ehtiyatların 42,3%-i və yaxud 7,487 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.

Hesabat dövründə ümumi ehtiyatın 38,1%-i yaxud 6,744 mlrd. kubmetri ixraca yönəldilib.

Bu ilin 9 ayı ərzində 2,9% yaxud da 513 mln. kubmetr itki olub, 16,7% və ya 2,956 mlrd. kubmetr 2018-ci ilin oktyabrın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti