Ölkə üzrə ümumilikdə 136 minə yaxın ağac tingi paylanılıb

19-11-2018, 17:40
Oxunub: 36
Nazirlik bu aksiyalarda hər kəsi fəal olmağa çağırır


“Hər ailə ağac əksin” və “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən vətəndaşlara pulsuz ağac tinglərinin paylanması aksiyalarına başlanılıb və böyük maraqla qarşılandığına görə uğurla davam etdirilir.

Bu barədə Etatist.com-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Payız ağac əkini mövsümündə respublika üzrə keçirilən aksiyalar çərçivəsində vətəndaşlara, o cümlədən məktəblərə və bağçalara, ümumilikdə, 136 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.

Nazirlik Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə keçirilən bu aksiyalarda hər kəsi fəal olmağa çağırır, vətəndaşlara ağac əkməyi, onlara qulluq etməyi və qorumağı tövsiyə edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti