400 ədəd yulğun kolunun məhv edilməsi ilə bağlı prokurorluğa müraciət edilib

19-11-2018, 16:47
Oxunub: 37
Təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti