Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

19-11-2018, 13:59
Oxunub: 467
"Konqres Kitabxanası 1800-cü ildə ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb"


Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab edilən Konqres Kitabxanası 1800-cü ildə ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Con Adams o vaxt kitabxananın yaradılması üçün 5000 dollar (bu, o vaxt üçün böyük məbləğ sayılırdı) pul ayırır və qərar imzalayır ki, kitabxananı yalnız prezidentlər və Konqres üzvləri ziyarət edə bilər. Buna görə də kitabxananın adı Konqres Kitabxanası qalıb.

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ


Bura yalnız kitabxana demək olmur. Çünki kitabxananın quruluşu, içəridəki rəsmlər, qədim əşyalar, elə kitabxananın 160 milyonluq ümumi fondu da burada muzey abu-havası yaradır. 

Başqa maraqlı bir məsələ isə ABŞ-Britaniya müharibəsi dövrünə təsadüf edir. Müharibə zamanı Britaniya əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar və kitabxanadakı 3000 kitab məhv olur. Bundan sonra Tomas Cefferson özünün 6500 cilddən ibarət kitabxanasını buraya bağışlayır.

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Gələk əsas məsələyə. Ümumiyyətlə, ABŞ-a, Vaşinqtona gələn hər kəsə tövsiyə edirəm ki, Konqres Kitabxanasını ziyarət etsinlər. “The Beaux-Arts” üslubunda inşa edilmiş bina klassikləşmiş fasadı və böyük diqqətlə, incəliklə dekorasiya edilmiş interyeri ilə olduqca məşhurdur. İçəri girərkən ilk olaraq alüminium yarpaqlar, İtaliya üslubunda rəsmlər və zərif ornamentlərlə neoklassik tərzdə işlənmiş tavan diqqətimi cəlb etdi. Koridor boyu divardakı rəsmlərə, yüksək zövq və sənətkarlıqla işlənmiş heykəllərə heyran olmamaq mümkün deyil. İncəsənətə xüsusi marağım və sevgim olduğundan bu qədər möhtəşəm mənzərə qarşısında bir anlıq zaman anlayışını unutdum və özümü intibah dövründə bir saraya daxil olmuşam kimi hiss etdim. 

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Konqres Kitabxanasının əsas oxu zalı

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Konqres Kitabxanası zəngin kitab fondu ilə yanaşı Amerikanın yerli xalqların yaşadığı dövrdən bu günə kimi olan tarixini bütün mərhələlər üzrə əks etdirən eksponat kolleksiyasına da sahibdir. 

Astek hökmdarı Montezuma ilə ispan konkistadoru Fernando Kortesin qarşılaşması

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ


Yerli xalqların müxtəlif ənənəvi mərasimlər keçirərkən istifadə etdiyi qədim əşyalar 

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Sərdabənin girişindən tapılmış qədim monumental buxurdan. Qabın ön hissəsində qırmızı dəbilqədə döyüşçü təsviri var.Döyüşçü fiquru bir əlində nizə, digərində isə dairəvi qalxan tutmuş şəkildə təsvir edilib. Mərkəzi Meksika Yaylaları, miladdan sonra 1200-1500.

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

XX əsrin əvvəllərində ABŞ-da müharibə ilə bağlı keçirilən təbliğat üçün nəşr edilmiş posterlər 

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

“I want You for U.S. Army” adlı posterdə ABŞ-ın qeyri-rəsmi simvolu sayılan “Sem dayı” amerikalı gəncləri Birinci dünya müharibəsində iştirak etməyə çağırırdı. Posterin 1917-1918-ci illərdə 4 milyondan çox nüsxəsi çap edilmişdi. Olduqca məşhurlaşan poster İkinci Dünya Müharibəsində də istifadə olunub.


Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

“Rusiyada Amerika ambulansı”. Posterin aşağısında bu sözlər yazılıb: “Bu hal-hazırda Rusiyada insanların həyatını xilas edən yeganə Amerika ambulansıdır”. 

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Woman`s Land Army of America (WLAA) üçün 1918-ci ildə propaqanda məqsədi ilə çap olunmuş poster. WLAA Birinci və İkinci Dünya Müharibəsi dövründə yaradılan və orduya çağırılan kişilərin yerinə kənd təsərrüfatı sahəsində işləyən qadınlardan təşkil olunmuş vətəndaş cəmiyyəti təşkilatı idi. 

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Beysbol ilk dəfə XVIII əsrdə İngiltərədə oynanılsa da, oyunun inkişaf edərək müasir formasını alması ABŞ-da olub. Burada beysbolda istifadə olunan elementlərin tarixi dövr üzrə necə dəyişdiyi müqayisəli şəkildə əks olunub. 


Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Özünəməxsusluğu ilə yaddaşımda iz qoyan başqa bir muzey isə Nebraskada yerləşən “International Quilt Study Center & Museum” oldu. Muzeyin əsası 1997-ci ildə yerli nebraskalılardan olan Ardis və Robert Ceymsin 1000-ə yaxın örtükdən təşkil olunmuş kolleksiyasını Nebraska-Linkoln Universitetinə bağışlaması ilə qoyulmuşdur.

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

“Quilt” haqqında ətraflı məlumat verən bələdçi bu örtükləri digərlərindən fərqləndirən başlıca xüsusiyyətin onların üzərindəki ornamentlər olduğunu bildirdi. Ornamentlər fərqli olmaqla yanaşı, həm də bir çox başqa mədəniyyətləri təmsil edirlər. Muzey 24 ölkədən gətirilmiş, 18-ci əsrin əvvəllərindən bu günədək olan dövrü əhatə edən 4000-dən çox “quilt” kolleksiyasına sahibdir.

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

“Quilt”lərə baxarkən bir neçəsi xüsusilə diqqətimi çəkdi. Bunlardan biri də qasırğa zamanı dağılmış evlərin qalıqlarından hazırlanmış “quilt” nümunəsi idi. Təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsinə həsr olunduğunu bildirdilər.

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Uşaqlar üçün hazırlanmış örtük

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Amerikanın yerli əhalisinə məxsus elementlərdən istifadə olunaraq hazırlanıb və hər bir ornament onlar üçün xüsusi bir məna ifadə edir.

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

 

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

 

Amerikanın yaddaşı Konqres Kitabxanasından - REPORTAJ

Mələk Hacıyeva
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti