Çin ticarət siyasətini dəyişmədikcə ABŞ gömrük rüsumlarını saxlayacaq

17-11-2018, 10:42
Oxunub: 36
"Çin ilə ticarət disbalansının aradan qaldırmaq üçün qəti tədbirlər görmüşük"


Çin ticarət siyasətini dəyişməyincə ABŞ hökuməti Çindən gələn mallara tətbiq edilən rüsumları saxlamaq və hətta yeni rüsumlar tətbiq etmək niyyətindədir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Papua-Yeni Qvineyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Forumunda bildirib.

"Çin kurusunu dəyişmədiyi müddətdə ABŞ da kursunu dəyişməyəcək. Çin ilə ticarət disbalansının aradan qaldırmaq üçün qəti tədbirlər görmüşük. Çindən gələn mallara olan gömrük rüsumlarını 250 milyard dollar məbləğində artırmışıq. Bu rəqəmi iki dəfədən də artıq artıra bilərik", - vitse-prezident deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti