Kanadaya yağan güclü qar nəticəsində yüzlərlə aviareys ləğv edilib

17-11-2018, 09:36
Oxunub: 28
Əyalətlərə 25 sm-dək qar yağıb


Kanadanın Nyu-Bransuik, Nyufaundlend və Labrador əyalətlərinə yağan güclü qar səbəbindən yüzlərlə aviareysgecikib və ya ləğv olunub.

Report "CTV News"a istinadən xəbər verir ki, əyalətlərə 25 sm-dək qar yağıb ki, bu da aylıq yağıntı normasından üç dəfə çoxdur.

Yerli hakimiyyət orqanları əhaliyə şəxsi nəqliyyatdan istifadə etməməyi və havalar düzələnədək evdə oturmağı tövsiyə ediblər.

Əyalətlərdə demək olar ki, bütün məktəblərdə dərslər ləğv olunub.

Bundan əvvəl ABŞ-da qarlı havada baş verən avtomobil qəzasında 8 nəfər ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti