Respublika üzrə ümumilikdə 120 minə yaxın pulsuz ağac tingi paylanılıb

17-11-2018, 20:18
Oxunub: 40
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi payız əkini kampaniyalarına qoşulmağa çağırıb


Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında müxtəlif növ meyvə və həmişəyaşıl ağac tinglərinin paylanılması aksiyası bu dəfə bütün ölkə ərazisini əhatə edib.

ETSN-dən Etatist.com-a verilən məlumata görə, bu gün nazirlik tərəfindən keçirilən aksiya zmanı Gəncədə 2300, Sumqayıtda 2500, Şəkidə 3000, Şəmkirdə 2000, Tovuzda 2200, Qubada 2000, Şabranda 2300, Şirvanda 2200, Bərdədə 2000, Cəlilabadda 2200, Türkanda 2000 və Binədə 2500 ağac tingi paylanılıb. “Bir şagird bir ağac əksin və qorusun” devizi ilə orta məktəblərdə keçirilən aksiyada isə məktəblərə 80 min ting verilib.

Bildirilir ki, ağac əkilməsinin təşviqi məqsədilə 9,12 və 17 noyabr 2018-ci il tarixlərində keçirilən aksiyalarda respublika üzrə ümumilikdə 120 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi payız əkini kampaniyalarına qoşulmağa, ağac əkməyə, ona qulluq etməyə və qorumağa çağırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti