Hindistanda siklon 11 nəfərin həyatına son qoyub

16-11-2018, 11:37
Oxunub: 31
76 min insan daha təhlükəsiz əraziyə təxliyyə olunub


"Qaca" (Gaja) siklonu Hindistanın cənubundakı Tamil Nadu vilayətində böyük fəsadlara səbəb olub.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, siklon 11 nəfərin həyatına son qoyub, 76 min insan daha təhlükəsiz əraziyə təxliyyə olunub.

Qeyd edək ki, dünəndən ştatın sahilyanı ərazilərində güclü küləklə müşayiət olunan leysan yağışı tüğyan edir. Siklon dünən gecə daha da güclənib. Təbii fəlakət ən çox Naqapattinam, Tiruvarur və Tancor şəhərlərinə zərər vurub. Siklon nəticəsində şəhərlərdə ağaclar kökündən qopub, bəzi yerlərdə elektrik enerjisinin ötürülməsində kəsilmələr baş verib. Ştatın yeddi rayonunda təhsil müəssisələrində dərsləri ləğv edilib.

Təxliyyə edilənlər 300-dən çox yardım mərkəzində yerləşdiriliblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti