Tereza Meyə etimadsızlığa dair keçiriləcək səsvermənin tarixi müəyyənləşib

16-11-2018, 15:33
Oxunub: 34
Səsvermə, böyük ehtimalla, noyabrın 20-də baş tutacaq


Böyük Britaniyanın Baş naziri Tereza Meyə etimadsızlıq məsələsinə dair səsvermə gələn həftə keçiriləcək.

Report xəbər verir ki, bu barədə "Daily Telegraph" mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, səsvermə, böyük ehtimalla, noyabrın 20-də baş tutacaq.

Hakim Mühafizəkarlar Partiyasının nizamnaməsinə uyğun olaraq, prosedur parlamentari-torilərin azı 15%-nin (48 nəfər) hökumət başçısına etibarını itirmələri barədə müraciət etməsi halında başladıla bilər.

Qeyd edək ki, daha əvvəl Britaniya Baş naziri Tereza Meyin partiyadaşlarının bu proseduru başlatmaq üçün kifayət qədər səs topladığı bildirilmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti