KXDR daha bir ABŞ vətəndaşını azad edib

17-11-2018, 02:30
Oxunub: 36
Bundan əvvəl KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb


Şimali Koreya daha bir Amerika vətəndaşını azad edib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü ABŞ-ın dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Amerika vətəndaşının azad edilməsində göstərdiyi əməkdaşlığa görə KXDR-ə və köməkliyə görə İsveç səfirliyinə minnətdardır", - deyə Pompeonun yazılı bəyanatında qeyd olunub.

İsveç Vaşinqton və Pxenyan arasında diplomatik münasibətlər olmadığı üçün KXDR-də ABŞ-ın maraqlarını təmsil edir.

Bundan əvvəl KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti