Çili Azərbaycanda diplomatik nümayəndəlik açacaq

15-11-2018, 11:22
Oxunub: 29
Notada Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub


Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq barədə qərar qəbul edib.

Bu barədə Report-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti