ABŞ Camal Qaşıqçı cinayətinə görə 17 vəzifəli şəxsə sanksiya tətbiq edib

15-11-2018, 20:36
Oxunub: 38
Onlar səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı "qara siyahı"ya düşüblər


ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib. 

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 

Onlar səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı "qara siyahı"ya düşüblər. 

Beləliklə, "Maqnitski Aktı" deyilən qanun çərçivəsində tətbiq olunan sanksiyalar siyahısında Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçisinin də adları var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti