Səudiyyə vəliəhdinin müşaviri Camal Qaşıqçının cinayəti ilə əlaqədar istintaqa cəlb edilib

15-11-2018, 17:00
Oxunub: 41
Müşavirə Krallıq ərazisini tərk etmək qadağası qoyulub


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın müşaviri Səud Kahtani jurnalist Camal Qaşqıçı cinayəti ilə əlaqədar istintaqa cəlb edilib.

Report Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu açıqlama yayıb.

Müşavirə Krallıq ərazisini tərk etmək qadağası qoyulub.

C.Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik heyətin başçısı verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti