Prokuror Qaşıqçının qətlində şübhəli bilinən 5 nəfərin edamını istəyib

15-11-2018, 14:59
Oxunub: 31
Prokuror cinayətdə iştirak edən, qətl təlimatını verən şübhəlilərin edam olunmasını istəyib


Səudiyyə Ərəbistanında Camal Qaşıqçı cinayət işini aparan prokuror qətldə ittiham olunan 11 şübhəlidən 5-nin edamını istəyib.

Report “Hürriyet”ə istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının Baş Prokurorluğu yayıb.

Bildirilib ki, prokuror cinayətdə iştirak edən, qətl təlimatını verən şübhəlilərin edam olunmasını istəyib.

C.Qaşıqçının meyitinin hissələrə parçalanaraq Konsulluqdan çıxarıldığı da vurğulanıb. Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalistin öldürüldüyü bildirilib.

Qeyd edək ki, “Vaşinqton post” qəzenin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışığında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdilər”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti