Aviqdor Liberman yenidən deputat olacaq

15-11-2018, 12:43
Oxunub: 35
Nazir postundan istefa verən A.Liberman Y.Malinovskayanın yerinə qayıdacaq


İsrail parlamentinin deputatı Yuliya Malinovskaya ölkənin müdafiə naziri Aviqdor Libermanın istefası qəbul olunandan sonra Knesseti tərk edəcək.

Bu barədə Report İsrail KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, nazir olan deputatların mandatı təhvil verməsini nəzərdə tutan “Norveç qanun”una əsasən, 2016-cı ilin iyun ayında A.Liberman müdafiə naziri təyin olunması ilə əlaqədar onun Knessetdəki mandatı Yuliya Malinovskaya verilib. İndi isə nazir postundan istefa verən A.Liberman Y.Malinovskayanın yerinə qayıdacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti