Aİ-nin "Brexit" üzrə təcili sammiti noyabrın 25-də keçiriləcək

15-11-2018, 12:05
Oxunub: 36
"Sammit noyabrın 25-də, saat 09:30-da keçiriləcək"


Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının Böyük Britaniyanın Aİ-dən çıxmasına həsr olunmuş təcili sammiti noyabrın 25-də keçiriləcək.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının başçısı Donald Tusk Brüsseldə təşkil edilən mətbuat konfransında bildirib.

"Sammit noyabrın 25-də, saat 09:30-da keçiriləcək", - o deyib.

Qeyd edək ki, dünən Böyük Britaniya hökuməti "Brexit"in şərtləri ilə bağlı Avropa İttifaqı ilə saziş layihəsini təsdiqləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti