Kaliforniyada yanğın qurbanlarının sayı 58-ə çatıb

15-11-2018, 10:35
Oxunub: 254
"Bu gün daha 8 nəfərin qalıqları aşkar edilib"


ABŞ-ın Kaliforniya ştatının Byutt dairəsində təbiət yanğınları qurbanlarınn sayı 50 nəfərdən 58 nəfərə çatıb.

Report TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü dairə şerifi Kori Honea mətbuat konfransında deyib.

"Bu gün daha 8 nəfərin qalıqları aşkar edilib", - deyə o bildirib.

Şerifin sözlərinə görə, ölənlərin hamısı əməli olaraq yanğın tərəfindən məhv olan Paradays şəhərindəki evlərində tapılıblar.

Yanğınlar zamanı təqribən 200 nəfərin itkin düşdüyü bildirilir.

Bundan əvvəl Kaliforniyada 44 nəfər meşə yanğınlarının qurbanı olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti