Aİ və Britaniya arasında İrlandiya sərhədinə dair razılıq əldə olunub

15-11-2018, 02:51
Oxunub: 34
"Bu razılaşma sözügedən danışıqların başa çatmasında həlledici bir addım, nizamlı çıxış istiqamətində böyük bir irəliləyişdir"


Avropa İttifaqı (Aİ) və Böyük Britaniya"Brexit" saziş layihəsi çərçivəsində, Şimali İrlandiya ilə "sərt sərhəd"in ortaya çıxmasından və "Brexit"in keçid dövründən yayınmağa imkan verən bir həll yolu barədə razılığa gəlib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Avropa Komissiyasının baş müzakirəçisi Mişel Barnye deyib.

"Bu razılaşma sözügedən danışıqların başa çatmasında həlledici bir addım, nizamlı çıxış istiqamətində böyük bir irəliləyişdir, lakin əlbəttə ki, hələ çox işlər görülməlidir", - deyə Barnye Brüsseldə jurnalistlərə bildirib.

Bundan əvvəl Tereza Meyin Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti