Sabahdan ümumi təhsil müəssisələrində payız tətili başlayır

15-11-2018, 13:19
Oxunub: 39
Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir


Sabahdan, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. 

Report xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti