Ərzaq məhsullarının içindən mobil telefonlar aşkarlanıb

15-11-2018, 10:10
Oxunub: 33
Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb


Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

Etatist.com Komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus torbadakı ərzaq və qab-qacağın arasından 1 ədəd üzərində "S9", 2 ədəd "S9+" yazısı olan mobil telefonlar və onlara aid aksessuarlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti