Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 48-ə çatıb

14-11-2018, 10:37
Oxunub: 259
Yanğın nəticəsində 8,8 mindən çox evə ziyan dəyib


ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları qurbanlarının sayı 48-ə çatıb.

Trend-in məlumatına görə, bunu Kaliforniya dairəsinin şerifi Byutt Kori Honea bildirib. Daha öncə 42 nəfərin öldüyü bildirilirdi. Honea deyib ki, daha altı cəsəd Paradayz dairəsində tapılıb.

Xatırladaq ki, "Camp" adlı meşə yanğınları noyabrın 8-də başlayıb və ştatın tarixinə ən dağıdıcı və məhvedici kimi düşüb.

Ümumilikdə, yanğının 35%-i lokallaşdırılıb. Onun nəticəsində 8,8 mindən çox evə ziyan dəyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti