Britaniya hökuməti Aİ ilə "Brexit" üzrə saziş layihəsini təsdiqləyib

14-11-2018, 23:34
Oxunub: 147
"Qərar asanlıqla qəbul olunmadı"


Britaniya hökuməti Avropa İttifaqı ilə "Brexit"in şərtləri barədə saziş layihəsini təsdiq edib.

Report xəbər verir ki, bunu Krallığın baş naziri Tereza Mey deyib.

"Qərar asanlıqla qəbul olunmadı, lakin hökumət bəyanat layihəsi və siyasi bəyannaməni dəstəkləməyə qərar verdi", - deyə o bildirib.

Bundan əvvəl Böyük Britaniya hökuməti "Brexit" üzrə müqavilənin mətnini razılaşdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti