"ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq"

13-11-2018, 16:55
Oxunub: 435
"İndi bizim niyyətimiz onları daha çox sıxışdırmaqdır"


"ABŞ İranın neft ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq".

Report TASS-a istinadən xəbər verir ki, bunu Sinqapurda jurnalistlərlə görüşü zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

“Elə əvvəldə məqsədimiz İranın neft ixracının qarşısını almaq olub. İndi bizim niyyətimiz onları daha çox sıxışdırmaqdır. İngilislərin atalar sözündə deyildiyi kimi, ciyiltiləri çıxanadək sıxışdırmaq”, - C.Bolton qeyd edib.

Qeyd edək ki, noyabrın 5-dən ABŞ hökuməti İranın neft ixracına qarşı yönələn əlavə sanksiyalar tətbiq edərək bütün ölkələri İran neftinin idxalını dayandırmağa çağırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti