Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlığa dair 10-a yaxın sənəd imzalanacaq

12-11-2018, 16:13
Oxunub: 32
"Əlaqələr yerində dayanmır, hüquqi-saziş bazası inkişaf etdirilməlidir"


Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq haqqında 10-a yaxın sənəd imzalanacaq.

Report "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sənədlərin gələn həftə imzalanacağı və siyasət, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrini əhatə edəcəyi gözlənilir.

"Əlaqələr yerində dayanmır, hüquqi-saziş bazası inkişaf etdirilməlidir", - səfir deyib.

Səfir qeyd edib ki, hazırda Azərbaycan tərəfi Belarusda tikinti sahəsində bir sıra investisiya layihələri həyata keçirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti