DGK: Gürcüstandan idxal edilən 26 ton kartof tezliklə geri qaytarılacaq

11-11-2018, 10:49
Oxunub: 42
Müayinələrin nəticəsinə görə məhsulun geri qaytarılmasına qərar verilib


Noyabrın 10-da bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda Gürcüstandan idxal edilən 26042 kq kartofun tərkibində zərərli orqanizmlərin aşkarlandığı, bu ölkənin Maliyyə Nazirliyinə istinadən ölkəmizin müvafiq qurumlarının məhsulun geri qaytarılmasına qərar verdiyi bildirilir, lakin kartofun geri qaytarılmadığı və guya "yoxa çıxdığına" eyham vurulur.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidən Etatist.com-a verilən məlumata görə, DGK bildirir ki, Gürcüstanda ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb.

Buna görə də müvafiq gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Müayinələrin nəticəsinə görə məhsulun geri qaytarılmasına qərar verilib. Lakin gömrük orqanlarından asılı olmayan səbəblər üzündən-bayram və istirahət günləri ilə əlaqədar məhsulu idxal edən şirkətin bank əməliyyatlarında sənədləşmə işləri yubandığından və malın təkrar ixracı üçün lazım olan müvafiq sənədləri gömrük orqanlarına təqdim edə bilmədiyindən məhsulun geri göndərilməsi gecikib.

Dövlət Gömrük Komitəsi bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində gövdə nematodu aşkarlanan 26042 kq kartof hazırda gömrük nəzarəti altındadır və sərbəst dövriyyəyə buraxılmayıb. Qısa zaman ərzində müvafiq sənədləşmə işləri başa çatdırılaraq məhsulun geri göndərilməsi təmin olunacaq.

Bundan əvvəl AQTA Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartofu geri qaytardığı bildirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti