Bakının bir neçə rayonuna içməli su verilişində fasilə olacaq

10-11-2018, 14:02
Oxunub: 152
Məhdudiyyət Yasamal, Səbail və Xətai rayonlarının bir hissəsini əhata edəcək


Bu gün Bakının 3 rayonuna içməli suyun verilməsində fasilə olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Report-a bildirilib ki, məhdudiyyət Yasamal, Səbail və Xətai rayonlarının bir hissəsini əhata edəcək. 

Məlumata görə, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) noyabrın 10-u gün ərzində içməli suyun verilişində fazilələr yaranacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti