Hindistan İrandan neft almaq imkanlarını araşdırır

9-11-2018, 17:50
Oxunub: 46
"Hindistan İranın xam neftinin iri idxalçılarındandır"


Hindistan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan güzəştlər əldə etdikdən sonra İslam Respublikasından neft idxalı imkanlarını araşdırır.

Report xarici mətbuata istinadən xəbər verir ki, bunu Hindistanın Xarici İşlər Nazirliyinin rəsmi nüməyəndəsi Rəviş Kumar bildirib.

“ABŞ-ın Hindistanın enerji təhlükəsizliyinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və alqışlayırıq. Ölkəmiz İranın xam neftinin iri idxalçılarındandır və bu, enerji təhlükəsizliyimiz baxımından çox əhəmiyyətlidir. ABŞ-ın tətbiq etdiyi istisna halları araşdırırıq”, - o qeyd edib. 

XİN rəsmisi ABŞ-la əldə olunmuş, İrandan neft idxalını davam etdirməyə imkan verən razılaşmanın təfərrüatını açıqlaya bilməyəcəklərini də diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti