Yeni yaşıllıqların salınması məqsədilə vətəndaşlara pulsuz tinglər paylanılıb

9-11-2018, 15:39
Oxunub: 49
“Hər ailə ağac əksin” devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə, ümumilikdə 6000-ə yaxın müxtəlif ağac tingi paylanılıb.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb.

Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

“Hər ailə ağac əksin” devizi altında keçirilən kampaniya 12 və 17 noyabrda daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti