Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb

8-11-2018, 10:44
Oxunub: 29
Faktla bağlı araşdırma aparılır


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb.

Komitədən Etatist.com-a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti