Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək

8-11-2018, 12:35
Oxunub: 30
Qəbul noyabrın 24-də saat 10:00-da olacaq


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Etatist.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qəbul noyabrın 24-də saat 10:00-da olacaq.  

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti