İtaliya Senatı qaçqın sayını azaltmağa yönəlmiş qanunu təsdiq edib

7-11-2018, 17:09
Oxunub: 30
Sənədin əsas müəllifi Baş nazirin müavini və daxili işlər naziri Mateo Salvinidir


İtaliya parlamentinin yuxarı palatası (Senat) hökumətin təqdim etdiyi təhlükəsizlik dekretini təsdiqləyib.

Report TASS-a istinadən xəbər verir ki, 163 millət vəkilinin lehinə, 59-nun əleyhinə səs verdiyi sənədin əsas müəllifi Baş nazirin müavini və daxili işlər naziri Mateo Salvinidir.

Müxalifət və hüquq müdafiəçilərinin ciddi tənqidlərinə məruz qalan dekret ölkəyə gələn qaçqını cinayət törətdiyi halda, yaxud qısa müddətdə də olsa, vətənə qayıtdığı təqdirdə, həmçinin ölkənin milli təhlükəsizliyi baxımdan təhlükəli sayılan əcnəbi mənşəli şəxsləri vətəndaşlıqdan məhrum etməyi nəzərdə tutur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti