ABŞ və KXDR liderləri gələn il görüşəcək

7-11-2018, 22:40
Oxunub: 99
Bu barədə Ağ Ev rəhbəri mətbuat konfransında deyib


ABŞ prezidenti Donald Tramp bildirib ki, o, KXDR lideri Kim Çen Inla 2019-cu ildə görüşəcək.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri mətbuat konfransında deyib.

"Növbəti il, hansısa anda", – deyə Donald Tramp görüşün nə vaxt olacağı barədə suala cavabında bildirib.

Trampın sözlərinə görə, o, görüşə "tələsmir", çünki sanksiyalar KXDR-ə qarşı işləyir, Pxenyan isə daha çox raketlər buraxmır.

Qeyd edək ki, iki ölkə rəhbəri bu ilin yayında Sinqapurda görüşüblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti