Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

7-11-2018, 10:21
Oxunub: 31
T.Klaar ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo KlaarAzərbaycana gəlib.

Report xəbər verir ki, ikigünlük səfər çərçivəsində T.Klaar ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Azərbaycanla Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, bu ilin iyun ayında Avropa İttifaqı Şurası Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın mandatını 2020-ci ilin fevral ayına qədər uzadıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti