ETSN: Heyvanlara qarşı qəddar rəftar yolverilməzdir

7-11-2018, 09:37
Oxunub: 31
ETSN heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir


Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.

Etatist.com-un xəbərinə görə, bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bildirib ki, ETSN heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Nazirlik sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır: “Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti