ABŞ-da aralıq seçkilərə start verilib

6-11-2018, 14:53
Oxunub: 200
İlk seçki məntəqələri Vermont ştatında açılıb


ABŞ-da aralıq seçkiləri başlayıb.

Report xarici KİV-ə istinadən xəbər verir ki, ilk seçki məntəqələri Vermont ştatında açılıb.

Aralıq seçkilərində Konqresin nümayəndələr palatasının tam heyəti, Senatın da üçdə biri seçiləcək. Hazırda hər iki palatada üstünlük Respublikaçılar Partiyasına məxsusdur. Belə ki, aşağı palatada 193demokrata qarşı 236 nəfər respublikaçı var, daha altı yer isə boşdur.

Beləliklə, Demokratlar Partiyası üstünlük qazanmaq üçün daha 23 mandat əldə etməlidir.

Bu dəfəki seçkilərdə rekord sayda - 100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti