Energetika Nazirliyində inzibati xətalarla bağlı 105 işə baxılıb

6-11-2018, 11:00
Oxunub: 28
Daxil olmuş 84 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib


Bu ilin yanvar-oktyabr ayları ərzində Energetika Nazirliyinə daxil olmuş inzibati xətalar haqqında 105 işə baxılıb.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, bunlardan 95-i təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. Daxil olmuş 84 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Nazirlik tərəfindən yerində aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. Həmçinin, 4 iş üzrə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Bundan əlavə, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə 4iş üzrə, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına gorə 5 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Qərarlar aidiyyəti üzrə inzibati xəta törədən şəxslərə göndərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti