Sabah Xırdalanın bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında məhdudiyyət olacaq

5-11-2018, 17:47
Oxunub: 33
"Yaranmış narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir"


Noyabrın 6-sı saat 10:30-dan 14:00-a qədər Xırdalan şəhəri, Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə Report-a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Məlumata görə, fasilə Abşeron rayonu, Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədardır.

"Yaranmış narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir", - deyə məlumatda vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti