Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi həllini gözləyir"

5-11-2018, 14:31
Oxunub: 31
"Türkiyə bütün bu münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir"


"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir".

Report "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Tokioda “Türkiyənin xarici siyasəti və Yaxın Şərqdəki vəziyyət” mövzusundakı konfransdakı nitqində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludeyib.

“Türkiyə çətin bölgədə yerləşir və buna baxmayaraq, ölkənin sabitliyini və iqtisadi inkişafını təmin edə bilmişik”, – nazir bildirib.

O, qonşu ölkələrdə hərbi münaqişələrin davam etdiyini xatırladıb: "Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya münaqişələri, Krımın ilhaqı, Kipr məsələsi öz həllini gözləyir. Türkiyə bütün bu münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti