Kişinyov aeroportunda reyslər ləngiyib

5-11-2018, 14:44
Oxunub: 28
Buna aeroport üzərində qatı duman səbəb olub


Moldovanın paytaxtı Kişinyov beynəlxalq hava limanında bir sıra reyslər ləngiyib.

Trend-in məlumatına görə, buna aeroport üzərində qatı duman səbəb olub.

Qeyd olunur ki, Buxarest, Minsk, İstanbul və Moskvadan təyyarələrin gəlişi iki saatdan çox ləngiyib.

Bundan başqa, Kişinyovdan İstanbula reys baş tutmayıb.

Proqnozlara əsasən, dumanın günün ikinci yarısında çəkiləcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti