Abşerondakı ulaq təsərrüfatı ilə bağlı laboratoriya nəticələri açıqlanıb

5-11-2018, 12:53
Oxunub: 30
Sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya aşkar edilib


Məlumat verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilmiş və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir.
 
Həmçinin ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilmiş məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycanda fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunub.

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri bildirilmişdir.
Şərhlər : 1 Şərh yaz
Şükür 6 noyabr 2018 17:34  

İkinci dünya müharibəsinin yaratdıgı aclıq dövründə ulaq ətinin və südünün istifadəsinə dövlət tərəfindən icazə verilmişdi. 60-cı illərdə insanların ərzaq təminatında dirçəlişlə əlaqədar ulaq ətinin və südünün istifadəsinə Nazirlər Sovetinin qərarı ilə qadağa qoyuldu.Ulaq südünün hansısa xəstəliyin əlacı kimi təqdim edilməsinə gəlincə 30-50 il əvvəl qızılca xəstəliyinə qarşı peyvənd olmayan zamanlar həmin xəstələrə ulaq südü istifadə olunurdu. Ancaq təsiredici maddə nədir və onun təsir mexanizmi necədir bu barədə heç bir elmi-tədqiqat işi rast gəlməyib. Bu gün yuxarı rəhbərlik deyir ki, iqtisadiyyatımız o cümlədən kənd təsərrüfatında işlərimiz yüksək tempnən gedir. Belə olan halda ulaq təsərrüfatına ehtiyac varmı? Cox yaşı olardı ki, hörmətli biznesmenlərimiz südü və ətinin tərkibinə görə insan orqanizminə ən xeyirli olan keçi təsərrüfatı, camışçılıq təsərrüfatı ilə məşğul olsunlar, ətinə görə əvəzolunmaz hündüşka istehsalı fermaları yaratsınlar. Cox hörmətli AQTA-nin laborator analizinə gəlincə pasterizə olunmuş süddə S.aureus bakteriyası tapılıb- bu sizə nəsə bir söz demək üçün nə dərəcədə yararlıdır. İnsan orqanizminə müsbət və ya mənfi təsiri ola biləcək nəyinsə olduğunu aşkar etmək üçün uyğun şərati gözləməklə çiy süddə müvafiq anlizlər aparmaq lazım idi. Birdə sizin fikrlərinizdən belə çıxır ki, müvafiq standartlar, texniki şərtlər və s. sənədlər yazıb təsdiq elətdirərək ulaqçılıq təsərrüfatlarına yaşıl işıq yandırmaq olar???  Yazıq millət... 

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti