ABŞ İranın neft-qaz sektoruna tətbiq etdiyi sanksiyaları 8 ölkəyə şamil etməyəcək

2-11-2018, 19:47
Oxunub: 164
"Hətta İrana qarşı enerji sanksiyaları bərpa edilmədən də bu ölkənin gündəlik neft ixracatının xeyli azalmasına nail olmuşuq"


ABŞ-ın İran neftinə qarşı tətbiq edəcəyi sanksiyalar 8 ölkəyə müvəqqəti olaraq şamil edilməyəcək. 

Report TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo İranın enerji sektoruna dair məhdudlaşdırıcı tədbirlərin bərpasına həsr olunan xüsusi telefon brifinqində deyib. 

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir: "Bu ölkələrə güzəşt İrandan neft idxalını xeyli azaltdıqlarına və bir çox başqa məsələlərdə əməkdaşlıq etdiklərinə, həmçinin Tehranın neft gəlirlərini sıfıra endirmək üçün əhəmiyyətli addımlar atdıqlarına görə tətbiq edilib. Hətta İrana qarşı enerji sanksiyaları bərpa edilmədən də bu ölkənin gündəlik neft ixracatının xeyli azalmasına nail olmuşuq. Biz hələ sanksiyaların qüvvəyə minməsindən əvvəl İranın xam neft ixracatının 1 milyon barel azalmasını gözləyirik". 

Ağ Ev rəsmisi sanksiyaların tətbiqi zamanı müəyyən humanitar istisnalara gedəcəklərini, o cümlədən İranın dava-dərman idxalına mane olmayacaqlarını da diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti