XİN başçısı Avstriyanın Azərbaycandakı səfirini qəbul edib

2-11-2018, 15:03
Oxunub: 187
Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib


Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Etatist.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub və siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi potensialın mövcud olduğu vurğulanıb.

Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov Azərbaycan və Avstriya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti