Polşa vətəndaşının adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

2-11-2018, 16:29
Oxunub: 173
M.Lisovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib


Polşa Respublikasının vətəndaşı, “Publicis Sp. Z.o.o.” şirkətinin rəhbəri Mateuş Lisovski Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-in Mətbuat xidmətindən Etatist.com-a daxil olan məlumata görə, məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını və bu səfərin nəticələrindən məlumatsız olduğunu qeyd edib.

Daha sonra, M.Lisovski uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan Azərbaycanın ərazilərinə səfərinin heç bir halda bu bölgədə yaradılmış qanunsuz rejimin təşviqinə xidmət etmədiyini xüsusilə vurğulamışdır. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən M.Lisovski gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını və ölkəmizə səfər üçün müvafiq icazəsinin verilməsini xahiş edib.

M.Lisovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti