Milli Məclisin plenar iclası başlayıb

2-11-2018, 12:11
Oxunub: 114
İclasın gündəliyinə 16 məsələ daxildir


Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Report xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 16 məsələ daxildir.

Bunlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlarına, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

İclada parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun təsdiq olunması məsələsinə də baxılacaq.

Bugünkü plenar iclasda Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsi də müzakirə ediləcək
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti