Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib

2-11-2018, 11:57
Oxunub: 177
Onu Xankəndidə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan qarşılayıb


Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna gəlib.

Report xəbər verir ki, bu barədə Ermənistanın "Armenpress" dövlət agentliyi məlumat yayıb.

Onu Xankəndidə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan qarşılayıb. Səfərin digər təfərrüatları məlum deyil.

Bundan əvvəl Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti