ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir

2-11-2018, 11:51
Oxunub: 126
"Bu həm NATO, həm ABŞ və hesab edirəm ki, Türkiyə xalqı üçün təəssüf doğuracaq"


ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir.

Trend-in məlumatına görə, bu sözləri dövlət katibi Mayk Pompeo deyib.

O, radio verilişlərinin birində bildirib: “Ümid edirəm ki, bu baş verməyəcək. Bu həm NATO, həm ABŞ və hesab edirəm ki, Türkiyə xalqı üçün təəssüf doğuracaq”.

Pompeo indiki administrasiya dövründə iki ölkə çətin dövrdə olduğunu, lakin müəyyən yerlərdə həqiqi uğurun olduğunu qeyd edib.

Dövlət katibi Türkiyə və Prezident Ərdoğanın ABŞ-ın Türkiyə üçün daha yaxşı tərəfdaş olacağını dərk edəcəyinə ümid etdiyini bildirib. O əlavə edib ki, Prezident Ərdoğan ABŞ, Avropa və NATO ilə daha sıx əlaqələr saxlamalıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti