ABŞ yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq edəcək

2-11-2018, 11:47
Oxunub: 144
"Kubaya qarşı qadağa siyahısının genişləndirilməsi bir neçə gün ərzində baş verəcək"


ABŞ yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Report TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, Kubaya qarşı qadağa siyahısının genişləndirilməsi bir neçə gün ərzində baş verəcək.

"Kuba hərbi və xüsusi xidmət orqanları ABŞ-dan, xalqından, səyyahlarından və ya biznesindən qeyri-mütənasib şəkildə böyük mənfəət əldə etməməlidir", - deyə prezidentin köməkçisi bildirib.

Bundan əvvəl ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti