Bakıda bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunmuş tədbir keçirilib

30-10-2018, 10:39
Oxunub: 193
Tədbirdə hər iki istiqamət üzrə Azərbaycanda mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə edilib


Bakıda Energetika Nazirliyinin təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), bir sıra dövlət qurumlarının və xarici ekspertlərin iştirakı ilə "Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit" mövzusunda tədbir keçirilib.

Etatist.com xəbər verir ki, tədbirdə çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

EBRD-nin Azərbaycan üzrə rəhbəri İvana Fernandes Duarte isə Azərbaycanla təmsil etdiyi qurumun birgə həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, EBRD-nin alternativ enerji sahəsində Azərbaycana dəstək verməkdə maraqlı olduğunu qeyd edib. 

Tədbirdə müvafiq qurumların iştirakı ilə hər iki istiqamət üzrə Azərbaycanda mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti