Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ

30-10-2018, 13:03
Oxunub: 224
Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var


Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edib.

Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti