Milli Məclisin plenar iclasının gündəliyində dəyişiklik edilib

30-10-2018, 12:17
Oxunub: 197
İclasda 52 məsələ müzakirə ediləcək


Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Report xəbər verir ki, bunu parlament sədrinin müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, gündəlikdən 5 məsələ çıxarılıb. Bunlar "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

Beləliklə, iclasda 52 məsələ müzakirə ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti